Ordu.az-ın məlumatına görə, atışlar zamanı lülə dəyişdirilməsi aparılmadan 400-dən çox mərmi ilə fasiləsiz atəş gücünə nail olunub. Atış görüntüləri xüsusi video ilə paylaşılıb.
Türkiyə Silahlı Qüvvələrinin müasir manqa pulemyotunda mühüm addımlar atan MKE MMT üçün işlərini böyük sürətlə davam etdirir.
Çalışmalar davam edərkən, layihə üçün MKE-yə xaricdən maraq var. MMT ilə bağlı müxtəlif Afrika ölkələri ilə əlaqə yaradılıb. Maraq yüksəkdir.
Texniki xüsusiyyətlər
Çap: 7.62 X 51 mm NATO
İş sistemi: Patrondaş sepi ilə doldurulma
Lülə uzunluğu: 604 mm
Uzunluq: 1.120-1.200 mm
Çəki: 8000 qram
Atış rejimi: Seriyalı
Paylanma: 8 “Moa”
Atış sürəti: 750 atış/dəqiqə
İlkin sürət: 840 m/s
Effektiv mənzil: 1000 m
Tətik qüvvəsi: 15-30 Nyuton
Doldurulma sistemi: Mərmi qutusu ilə doldurulma
Qundaq: Tənzimlənən (teleskopik), 84 mm, 6 səviyyəli
Sevinc Əliyeva
Ordu.az